Bir gündə 36 həbs

Bir gündə 36 həbs
  05 Avqust 2014    Oxunub:1536
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınıb, onların da 31-i “isti izlər”lə açılıb
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən ötən günün kriminal xronikasını təqdim edir:

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib;

4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər yaralanıb;

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib;

Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.


Teqlər:





Xəbər lenti