Baş redaktor ermənilərin Leyla Yunusa dəstəyindən danışdı

Baş redaktor ermənilərin Leyla Yunusa dəstəyindən danışdı
  05 Avqust 2014    Oxunub:2108
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ermənistan mətbuatında hüquq müdafiəçisi Leyla Yunusun dəstəklənməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Rəhimzadə mətbuata açıqlamasında qeyd edib ki, Leyla Yunusun fəaliyyəti, bütün əməlləri, işləri yalnız düşmən ölkənin siyasətilə üst-üstə düşür.

O, vurğulayıb ki, AXC-Müsavat cütlüyünün hakimiyyətdə olduğu vaxt Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışdığı və ondan sonrakı dövrlərdə Leyla Yunus Azərbaycanın imicinə zərbə vurmaq məqsədi daşıyan addımlar atıb: "Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmağa çalışıb. Bu dövlətə, bu Vətənə daim xəyanət mövqeyi nümayiş etdirib. Leyla Yunusun kimliyi, əməlləri hər bir Azərbaycan vətəndaşına bəllidir. Hesab edirəm ki, bu əməllərin sahibləri ancaq erməni və ermənipərəst qüvvələrə xidmət göstərə bilərlər. Leyla Yunus kimi bu xalqa, dövlətə xəyanət mövqe tutmuş insanların damarlarından axan qanın nə olduğu bəllidir. Ermənistan mediasında Leyla Yunusa dəstəyin nümayiş etdirilməsi onun bir daha ermənilərə xidmət etdiyini ortaya qoyur".


Teqlər:





Xəbər lenti