Kollecə daxil olmaq istəyənlər üçün ŞANS

2014/2015-ci tədris ili üçün Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (XI sinif) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, onun nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri və digər zəruri məlumatlar "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.
TQDK ixtisas seçimində iştirak edəcək abituriyentlərə kömək məqsədi ilə “Abituriyent” jurnalının xüsusi buraxılışında tam orta təhsil (XI sinif) bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarına 2013-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid ballarını dərc edərək onların istifadəsinə vermişdir.
İxtisas seçimi zamanı tələb olunan ödəmə kartını əldə etmək üçün bütün mobil operatorlardan 7725 nömrəsinə boş sms göndərmək lazımdır
Teqlər: