Snayperimiz Monte Melkonyanın əsgərini vurdu

Snayperimiz Monte Melkonyanın əsgərini vurdu
  06 Avqust 2014    Oxunub:2436
Azərbaycan snayperinin Kəlbəcər rayonu ərazisində, Murovdağda öldürdüyü erməni əsgəri Aram Qriqoryan ölümündən iki saat əvvəl telefonla arvadı ilə söhbət edib.
AzVision.az xəbər verir ki, bu haqda Ermənistan mətbuatına onun qohumu Knkuş Davtyan xəbər verib.

Onun sözlərinə görə, Aram Qriqoryan birinci Qarabağ müharibəsinin iştirakçısı olub, müxtəlif istiqamətlərdə vuruşub.

"Aramın yaxşı səsi var idi, o həmişə ifa edirdi – kənddə, mövqelərdə, yoldaşlarını ruhlandırırdı. Vətənpərvərlik mahnılarını çox sevirdi. Özü həmçinin şeirlər və mahnıları yazırdı", - deyə qohumu danışıb.

Xatırladaq ki, Aram Qriqoryanın üç uşağı olub. O, avqustun 4-də Azərbaycan snayperinin atəşiylə öldürülüb. Onu Partizak Araqasotnskoy kəndində dəfn ediblər.

Qeyd edək ki, Aram Qriqoryan 1-ci Qarabağ müharibəsində ASALA-nın liderlərindən olan erməni çəlladı Monte Melkonyanla birlikdə döyüşüb.

Onun ölümü dünyasını dəyişən Azərbaycan şəhidlərinin ruhunu şad edəcək. (anspress)


Teqlər:  





Xəbər lenti