İxtisas seçimi başa çatdı

İxtisas seçimi başa çatdı
  06 Avqust 2014    Oxunub:2118
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçiminin vaxtı bu gün saat 09:00-da başa çatıb.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, ixtisas seçimi etməyən abituriyenlər müsabiqədə iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, 5 avqust saat 15:30-a olan məlumata görə 35815 abituriyent qəbul olmaq istədiyi ixtisasları seçərək öz elektron ərizəsinə daxil edib təsdiqləyib.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:  





Xəbər lenti