Sahib Alıyev jurnalistlərə: “Ağlınıza gələni yazmayın”

“Nəzərə alın ki, bu gün yayılan şişirdilmiş xəbərlər nə qədər ruh yüksəkliyi yaradırsa, sabah o təsdiqlənmədikdə ondan dəfələrlə artıq xəyal qırıqlığı doğurur. Bir daha diqqətinizə çatdırıram ki, informasiya əslində ən çağdaş hərbi texnikadan daha mürəkkəb və daha dağıdıcı silahdır. Onunla necə davranmağı bilmək lazımdır. Çox təəssüf ki, hazırda sosial şəbəkələr sorumsuz şəbəkələr rolunda çıxış edir, savadsız şərhlər, lazımsız informasiyalar, bəzən isə təxribat xarakterli fikirlər səsləndirilir. Heç təsəvvür edirsinizmi peşəkarlıqdan uzaq eyni cür davranışı hərbiçilərimiz də cəbhə xəttində sərgiləsələr nə baş verər”,- deyə Sahib Alıyev qeyd edib.