Leyla Yunusun şikayəti təmin olunmadı

Leyla Yunusun şikayəti təmin olunmadı
  06 Avqust 2014    Oxunub:1500
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun apellyasiya şikayətinə baxılıb.
Vəkil Cavad Cavadovun APA-ya verdiyi məlumata görə, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə L. Yunus özü də iştirak edib.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, L. Yunus Cinayət Məcəlləsinin 274-cü, 178.3.2-ci, 192.2.2-ci (qanunsuz sahibkarlıq), 213.2.2-ci (vergidən yayınma, 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci onun əri Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq), maddələri ilə təqsirli bilinirlər.

Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.


Teqlər:



Xəbər lenti