33 623 nəfər tələbə adını qazandı

 33 623 nəfər tələbə adını qazandı
  07 Avqust 2014    Oxunub:1703
Bu gün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçiminin nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, 33 623 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.

Tələbə adı qazananlardan 29666 nəfəri Azərbaycan, 3957 nəfəri isə rus bölməsi üzrə təhsil alacaq. Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.

TQDK-dan bildirilib ki, tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 8-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.


Teqlər:  



Xəbər lenti