Cəlilabadda insident yaşanıb

Cəlilabadda insident yaşanıb
  07 Avqust 2014    Oxunub:1887
Cəlilabad rayon Yol Patrul Xidmətinin əməkdaşları rayon ərazisində qanunsuz avtomobil idarə edən, eləcə də avtomobilin müəyyən hissəsində sonradan dəyişiklər etmiş sürücülərə qarşı reyd keçirərkən insident yaşanıb.

AzVision.az-ın Ans-ə istinadən verdiyi məlumata görə, bəzi sürücülər iddia edirlər ki, yol polisləri onları saxlayaraq fiziki zor tətbiq ediblər. Bu isə sürücülərlə Yol Patrul Xidmətinin əməkdaşları arasında mövcud insidentin yaranmasına səbəb olub.

Sürücülər polisləri günahlandırsalar da yol polisləri də qarşı tərəfi ittiham edib. Elə çəkiliş apardığımızı görən yol polisləri nədənsə dərhal ərazidən uzaqlaşdılar.

Mövcüd hadisədə adı hallanan Cəlilabad rayon polis şöbəsinin Yol Patrul Xidmətinin komandiri Yaşar Nağıyevdən açıqlama ala bilmədik. Amma məlumdur ki, sürücülər yol hərəkəti haqqında qanunun şərtlərinə riayət etməyə borclu olduqları kimi yol polisi əməkdaşları da vətəndaşlarla sivil qaydada davranmalıdır ki, sonradan bu kimi narazılıqlar baş qaldırmasın.



Teqlər:





Xəbər lenti