Ali məktəbə qəbul olanlara xəbərdarlıq

Ali məktəbə qəbul olanlara xəbərdarlıq
  07 Avqust 2014    Oxunub:2883
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə qəbul olunan tələbələrə xəbərdarlıq edib.
TQDK-dan AzVision.az-a verilən məlumata görə, tələbə adı qazanmış şəxslər 2014-cü il avqustun 08-dən 18-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Qeyd edilib ki, tələb olunan sənədlər barədə məlumatı daxil olduğunuz ali təhsil müəssisəsindən əldə etməlisiniz. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı avqustun 7-də “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.

Həmin yerlərə ixtisas seçimi avqustun 8-dən 13-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunmuşdur). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar.


Teqlər:  





Xəbər lenti