700 bal toplayanlar Azərbaycanda oxumaq istəmir

700 bal toplayanlar Azərbaycanda oxumaq istəmir
  07 Avqust 2014    Oxunub:12935
Məlum olduğu kimi, dünən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçiminin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, 33 623 nəfər ali təhsil müəssisələrinə qəbul olunub.

Abituriyentlərdən 16129 nəfərini oğlanlar, 17494 nəfərini qızlar təşkil edir.

Təbii ki, imtahan nəticələrinə görə 700 balla rekord nəticə göstərən abituriyentlər tələbə adına laiq görülüblər.

Maraqldır ki, rekordçularımız hansı universitetlərdə təhsil alacaqlar və xaricdə təhsillərini davam etdirmək fikirləri varmı?

AzVision.az sözügedən tələbələrlə əlaqə saxlayıb.

I ixtisas qrupun üzrə 700 bal toplayan Bakı şəhəri, Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov saytımıza açıqlamasında ali məktəbə qəbul olduğu üçün sevincli olduğunu bildirib:

“Bakı Ali Neft Məktəbinin “Proseslərin avtomatlaşdırılması” fakültəsinə daxil oldum. Sevdiyim ali məktəbdir. Xaricdə oxumaq da fikrim də var, əgər universitetdən göndərsələr, gedib təhsilimi davam etdirərəm”.

I ixtisas qrupu üzrə digər rekordçu Bakı şəhəri, “Zəkalar” liseyinin məzunu Nurlan Quluzadə Azərbaycan Diplomatiya Akademiyasının, “İnformasiya Texnologiyaları” fakültəsində təhsil alacaq:

“Ürəyimcə olan bir ixtisasdır, bir il burda oxuyub, daha sonra xaricdə təhsilimi davam etdirəcəm”.

I ixtisas qrupu üzrə Bakı şəhəri, BDU-nun nəzdində yaradılmış Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Nəbizadə Fatimeyi Zəhra:

“Qafqaz Universitetinin, “Kimya Mühəndisliyi”də oxuyacağam. Bir il burda təhsil alıb, vəziyyətə baxacam, imkan olsa xaricdə gedib, oxuyacam. İxtisas seçimini də özüm etmişəm”.

II ixtisas qrupu üzrə287 saylı Zəkalar Liseyinin məzunu Qoşqar Qədimbəyli Azərbaycan Diplomatik Akademiyasının , (ADA) “Beynəlxalq Münasibətlər”ixtisasına daxil olub:

“Xaricdə təhsil istəyirəm, amma hələ qəti fikrim yoxdur”.

IV ixtisas qrupu, Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu İlkin Məmmədzadə Azərbaycan Tibb Universitetinin “ Müalicə işi” fakültəsinə daxil olub.

“Birinci il burda oxuyub, ikinci ildən Türkiyəyə gedəcəm”.

IV ixtisas qrupu, Ağsu rayonu, 1 saylı şəhər orta məktəbin məzunu Nicat Qasımov Tibb Universitetinin “Müalicə işi” fakültəsinə qəbul olub.

“Bu, uşaqlıqdan istədiyim bir ixtisasdır. Xaricdə oxumaq da fikrimdə var”.

Qeyd edək ki, bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında ümumilikdə 9 nəfər rekord nəticə göstərərək 700 bal toplayıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti