Deputatdan 700 bal toplayanlara: `Düz edirsiniz...`

Deputatdan 700 bal toplayanlara: `Düz edirsiniz...`
  07 Avqust 2014    Oxunub:4010
“Azərbaycanda tədris mühiti kifayət qədər keyfiyyətli deyil. Ona görə də tələbələrin xaricdə təhsil almaq kimi seçim etməsi onlara haqq qazandırır”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Fazil Mustafa 700 bal toplayan tələbələrin xaricdə təhsil almaq istəyinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, xaricdəki təhsil mühiti daha keyfiyyətlidir: “ Bizim təhsildə görüntü, universitet var. Amma bir-iki universiteti çıxmaq şərti ilə, həmin universitetlərdə başqatmaqdan savayı bir şey yoxdur. Yüksək bal toplayan tələbələrin böyük əksəriyyəti təhsil prosesinə yiyələndikcə yüksək nəticələr göstərmirlər. Bu da günün reallığıdır. Odur ki, xarici Universitetləri seçən tələbələr doğru seçim edirlər”.

F.Mustafanın fikrincə, bizim universitetlərin təhsili sistemində ideologiya çatışmır:

“Rüşvət məsələsi əksər Universitetlərdə mövcuddur. Həm də müəllimlərin hafiza səviyyəsi, tədris bazası yetərli deyil ki, tələbələrə nə isə öyrətsin. Həqiqi təhsil almaq istəyən hər bir tələbə Türkiyə Universitetlərini və ya Avropa Universitetlərində təhsilə üstünlük verir. Yox əgər kimsə, diplom almaq xatirinə oxumaq istəyən varsa, buyurub Azərbaycan Universitetlərini seçə bilər”-deyə deputat bildirib.

Qeyd edək ki, bu il qəbul imtahanlarında 700 bal toplayaraq ali məktəblərə qəbul olan tələbələr təhsillərini xaricdə davam etdirmək istədiklərini bildiriblər.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti