9 yaşlı uşağın cəsədi tapıldı

9 yaşlı uşağın cəsədi tapıldı
  07 Avqust 2014    Oxunub:1851
Xəzərdə batan daha bir nəfərin cəsədi tapılıb.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Şüvəlan qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 8 km aralı, nəzarət olunmayan ərazidə) batmış 2005-ci il təvəllüdlü Kəmalə Qafil qızı Rəcəbovanın axtarışları başa çatıb.

K.Rəcəbovanın cəsədi batdığı yerdən 700 m aralıda xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 14:16-da başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti