Artur Rasizadə cəbhədəki olaylardan danışdı

Artur Rasizadə bu səfərin hərbi-texniki sahədə də əməkdaşlığın genişlənməsinə kömək edəcəyinə əminliyini bildirib. Sonra qonaqların diqqətini Ermənistanın yürütdüyü işğalçılıq siyasətinə yönəldən Baş nazir Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri barədə ətraflı məlumat verib.
Latviyanın Müdafiə Naziri Bakıda keçirdiyi görüşlər və apardığı danışıqlar barədə Baş nazirə məlumat verərək bildirib ki, azərbaycanlı həmkarları ilə hərbi hazırlıq, təlim-təhsil təcrübə mübadiləsi və digər sahələrdə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb. Regionun aktual problemləri ətrafında danışarkən qonaq Ermənistanın yürütdüyü təcavüzkar siyasəti qətiyyətlə pisləyərək, Latviyanın hər zaman Azərbaycanın haqq işini müdafiə etdiyini və münaqişənin beynəlxalq hüquq normaları əsasında həllinin vacibliyini vurğulayıb. Raymonds Veyones səfərin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
AzVision.az