Beton vuran maşın körpüdən keçə bilmədi

Beton vuran maşın körpüdən keçə bilmədi
  08 Avqust 2014    Oxunub:2342
Bu gün Bakıda maraqlı bir hadisə yaşanıb.
"Neftçilər" xəstəxanasından "28 may" metrosuna gedən yoldakı körpü beton vuran maşın üçün keçilməz səddə çevrilib.

Belə ki, körpünün altından keçmək istəyən beton vuran maşın körpüyə ilişib. Maraqlısı odur ki, körpüyə ilişən maşın nə qabağa, nə də geriyə hərəkət edə bilmir.

Maşının körpünün altından çıxarmaq üçün əraziyə yol polisi əməkdaşları gəlib.

Hələlik həmin maşını ordan çıxarmaq mümkün olmayıb.

Bu qeyri-adi hadisənin görüntülərini oxucularımızdan biri çəkərək bizə göndərib.(anspress)


Teqlər:  





Xəbər lenti