Azərbaycanın Rusiya üzərindən uçuşları davam edəcək

Azərbaycanın Rusiya üzərindən uçuşları davam edəcək
  08 Avqust 2014    Oxunub:2879
`Azərbaycandan Ukraynaya aviareysləri Rusiya ərazisi üzərindən həyata keçirməkdə davam edir`
Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) təyyarələri ilə Azərbaycandan Ukraynaya, o cümlədən Kiyevə aviareyslər Rusiya ərazisi üzərindən həyata keçirilir.

Rəsmi Moskva AZAL-ın təyyarələrinin Rusiya hava məkanı vasitəsilə Ukraynaya uçuşlarını qadağan etməyib.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, bununla bağlı Rusiya tərəfindən quruma xəbərdarlıq edilməyib. Buna görə də uçuşlar əvvəlki qaydada həyata keçiriləcək: “Bu qadağa bizə aid deyil. Qadağa Ukrayna aviaşirkətlərinə aiddir. Bizə bununla bağlı xəbərdarlıq edilməyib”.

Rusiya hökumətinin Ukrayna aviaşirkətlərinin Rusiya hava məkanı vasitəsilə Azərbaycana uçuşlarını qadağan etməsinə gəlincə, M. Səfərli bildirib ki, Ukrayna aviaşirkətləri ölkəmizə uçuşları alternativ yolla -Gürcüstan-Qara dəniz-Türkiyənin şimalından keçməklə həyata keçirə bilər.

Xatırladaq ki, Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin bugünkü iclasında Ukrayna aviaşirkətlərinin Rusiya Federasiyası hava məkanı vasitəsilə Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəyə tranzit reyslərini dayandırdıqlarını bəyan edib. Hazırda Avropa şirkətlərinin Rusiya ərazisi üzərindən Asiya ölkələrinə uçuşunu məhdudlaşdırmaq məsələsinin də Kremldə müzakirə olunduğu bildirilir.(Apa)


Teqlər:  





Xəbər lenti