Şəhidlərimizin dəfninin 7-ci günüdür - FOTO+VİDEO

Şəhidlərimizin dəfninin 7-ci günüdür - FOTO+VİDEO
  08 Avqust 2014    Oxunub:4587
İyulun 31-dən avqustun 1-ə keçən gecə cəbhə bölgəsində baş verən atışmada həlak olan şəhidlərimizin ikisinin bu gün Quba və Xaçmazda yeddi mərasimləri keçirilib.
AzVision.az ANS TV-ə istinadən xəbər verir ki, Qubanın Vladimirovka kəndində doğulan və burada da dəfn olunan Elnur İbrahimov ailənin ikinci oğludur. Artıq yeddinci gündür burada uyuyan Elnur atışma zamanı ön xəttə olan 6 əsgərdən biri olub. Atası Məhyəddin İbrahimov itki ağır olsa da, igid oğul yetişdirməsilə fəxr edir.

Ailədə deyirlər ki, hərbi xidmətdə kəşfiyyatçı-pulemyotçu olan Elnurun Vətən yolunda ölümə gedəcəyi elə bil ürəyinə damıbmış.

Məhyəddin İbrahimov deyir ki, "Fəxr edirəm ki, vətən uğrunda şəhid olub. Qəhrəmanlığı haqda soruşmuşam. Hələ bəlkə də mən desəm, tərif kimi çıxar. Orda böyük bir ada layiq olub”.

Elnurun tağım komandiri olmuş Vasif Adamov onun qəhrəmanlıqla həlak olduğundan danışdı.

Vasif Adamovun sözlərinə görə, vətənpərvər əsgər idi: “Düşmənin bizə etdiyi basqın nəticəsində canından belə qorxmayaraq, düşmənin bir canlı qüvvəsini məhv etdi”.

Xaçmazın Yeni Həyat qəsəbəsində dəfn edilən 18 yaşlı Mustafa Coşqunovun atası Əhmədcan Coşqunov da torpaq uğrunda verdiyi oğul itkisindən qürur duyur.

Əhmədcan Coşqunov qeyd edir ki, "Oğlum Azərbaycanın bütövlüyü uğrunda, Qarabağ uğrunda şəhid oldu. Mən fəxr edəcəyəm ki, mənim oğlum Azərbaycanın bütövlüyü uğrunda şəhid olub”.

Qeyd edək ki, son hadisələrdə şəhid olmuş Elnur İbrahimov və Mustafa Coşqunov Ahıska türkləridir və hər ikisi bir-birilə qohumdurlar.

Qalereya




Teqlər:  





Xəbər lenti