Hava pis olacaq - Əhaliyə xəbərdarlıq

Hava pis olacaq - Əhaliyə xəbərdarlıq
  08 Avqust 2014    Oxunub:4548
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 08-də hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə şimal və qərb bölgəsinin bəzi dağlıq ərazilərində şimşək çaxacağı, lokal qısamüdətli az yağış yağacağı ehtimal olunur.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz
Həftənin sonunadək Abşeron yarımadasında gözlənilən küləkli hava şəraiti isti temperatur diskomfortu fonunda müsbət amildir.

AzVision.az


Teqlər:





Xəbər lenti