Boş qalan yerlərə seçim başladı

Boş qalan yerlərə seçim başladı
  08 Avqust 2014    Oxunub:2131
Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzVision.az-a verilən məlumata görə, həmin yerlərə ixtisas seçimi avqustun 13-dək internet vasitəsilə aparılacaq.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər (orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub). Həmin jurnalı abituriyent.az saytından da ödəniş etməklə sifariş etmək olar. Eyni zamanda ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı bu gündən “Abituriyent” jurnalının 8-ci sayında dərc olunacaq.




Teqlər:





Xəbər lenti