Nazirə şikayəti olanların sayı

Nazirə şikayəti olanların sayı
  08 Avqust 2014    Oxunub:1576
Bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən ümumilikdə 2 877 müraciət daxil olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, müraciətlərin 35%-i qurumun ayrı-ayrı fəaliyyət sahələrində aparılan islahatlar, xüsusən cari ilin 1 iyulundan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin istifadəyə verilməsi ilə əlaqədar olaraq sorğu xarakteri daşıyıb.

Ümumi müraciətlərin 1 341-i əmək qanunvericiliyinin tətbiqi, əmək hüquqlarının təminatı, əməyin mühafizəsi, 1 158-i sosial təminat növlərindən istifadə və müavinət məsələlərini əhatə edib. Həmçinin əlilliyin müəyyən edilməsi və reabilitasiya məsələlərinə dair 171, məşğulluğun təminatı, peşə hazırlığına cəlb olunma və s. məsələlərə dair 207 müraciət daxil olub.

142 - “Çağrı mərkəzi”nə edilən hər bir müraciət qeydə alınaraq, nazirliyin aidiyyatı struktur bölmələri ilə birgə operativ və obyektiv şəkildə araşdırılıb və qanunauyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə əlaqədar isə müvafiq izahat işləri aparılıb.


Teqlər:  





Xəbər lenti