General cəbhəyə getdi - Foto

General cəbhəyə getdi - Foto
  08 Avqust 2014    Oxunub:3006
Avqustun 4-dən 6-dək Daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı, general-mayor Şahin Məmmədov qoşunların Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissəsində olub.
Daxili Qoşunların mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumata görə, qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinin vəziyyətinin yoxlanılması məqsədi daşıyan səfər çərçivəsində Daxili Qoşunların Komandanı ilk növbədə hərbi hissənin döyüş hazırlığını, təlim-tədrisin vəziyyətini yoxlayıb, şəxsi heyətin kazarma-məişət şəraiti və təminat-təhcizatı ilə maraqlanıb.

Hərbi hissə komandiri məruzə edərək bildirib ki, şəxsi heyət yüksək döyüş qabiliyyətinə malikdir və mənəvi-psixoloji vəziyyət tələb olunan səviyyədədir.

Sonra Daxili Qoşunların Komandanı hərbi hissənin idarə heyətilə xidməti müşavirə keçirib.

Ötən dövr ərzində hərbi hissədə xidməti-döyüş fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş tədbirlərdən razılığının ifadə edən general-mayor Şahin Məmmədov şəxsi heyətin hazırlığını yüksək qiymətləndirərək, zabit və gizirlərin peşə vərdişlərinin artırılması istiqamətində səylərin daha da artırılmasının, hər an istənilən tapşırığın yerinə yetirilməyə hazır olmalarının vacibliyini qeyd edib.

Müşavirənin sonunda komandan tapşırıqlar verib.


Teqlər:





Xəbər lenti