`1142 yer boş qalıb` - Məleykə Abbaszadə
TQDK rəsmisinin sözlərinə görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərin sayı 1442-dir:
`İxtisas seçimi avqustun 4-dən başlayıb və 11-dək davam edəcək. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" jurnalının 6-cı sayında təqdim olunub. Hər bir bakalavr bu siyahıdan imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq 20-dək ixtisaslaşma kodunu seçə bilər.
Məleykə Abbaszadə bildirib ki, bu gün ərzində saat 10:30-a olan məlumata görə 699 bakalavr boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün ixtisas seçimini edib və elektron ərizəsini təsdiqləyib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


