`İrəvanı yerlə-yeksan edərik` - Müdafiə Nazirliyi

`İrəvanı yerlə-yeksan edərik` - Müdafiə Nazirliyi
  08 Avqust 2014    Oxunub:14606
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikrə cavab verib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, əgər belə bir hadisə baş verərsə Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaq.

Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir.

Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaq.

Müdafiə Nazirliyi bəyan edir ki, Ermənistan Respublikası istiqamətində tuşlanmış raketlərimiz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə yeksan etmək əmrini icra etməyə hazırdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti