Anasını öldürdü, qardaşı arvadını bıçaqladı

Anasını öldürdü, qardaşı arvadını bıçaqladı
  09 Avqust 2014    Oxunub:2833
İmişli rayonundan qətl törədilib.

Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə avqustun 8-də İmişli rayonunun Qaralar kəndində qeydə alınıb. Əvvəllər məhkum olunmuş Etibar Məmmədov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində anası Gövhərə və qardaşı arvadı Tünzaləyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.

Nəticədə anası hadisə yerində dünyasını dəyişib, Tünzalə xəstəxanaya yerləşdirilib.

İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Məmmədov tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti