DİN 11 nəfəri həbs etdi

DİN 11 nəfəri həbs etdi
  09 Avqust 2014    Oxunub:2013
Avqustun 8-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 78 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 14 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 30 nəfər saxlanılıb.


Teqlər:





Xəbər lenti