Emin Hüseynov yoxa çıxıb

Emin Hüseynov yoxa çıxıb
  09 Avqust 2014    Oxunub:2963
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynovun taleyi hələ də naməlum olaraq qalır.
“Artıq iki gündür ki, Emin Hüseynovdan heç bir xəbər yoxdur. O, telefon zənglərinə cavab vermir. Qəribədir ki, RATİ-nin ofisində axtarış aparan müstəntiqlər də Emini bircə dəfə də soruşmadılar. Mən müstəntiqlərə ofis rəhbərinin axtarışda iştirakının vacib olmasını xatırlatdım. Amma axtarışa rəhbərlik edən şəxs dedi ki, Emin Hüseynovun iştirakı vacib deyil” - deyə RATİ-nin əməkdaşı Günay İsmayılova bildirirb.

Yeri gəlmişkən, Emin Hüseynovun harada olması barədə bu günədək də heç bir məlumat yoxdur. Dünəndən etibarən onun saxlanılması barədə bir neçə dəfə məlumat yayılsa da bu informasiyalar hüquq-mühafizə orqanları tərəfindən təkzib edilib.

ABŞ səfirliyi də E.Hüseynovun guya diplomatik missiyanın binasında gizlənməsi barədəki xəbərləri təkzib edib.(Virtualaz.org)


Teqlər:





Xəbər lenti