YAP Ərdoğanın prezident olmasını istəyir

YAP Ərdoğanın prezident olmasını istəyir
  10 Avqust 2014    Oxunub:2090
“Türkiyədə keçiriləcək prezident seçkilərində AKP-nin namizədi olan Rəcəb Tayyib Ərdoğan qalib gələcək”.
Bu barədə AzVision.az-a hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, Ərdoğanın şansı digər namizədlərlə müqayisədə daha çoxdur.

“Hesab edirəm ki, həm partiya, həm regiondakı nüfuzu həm də türk xalqına göstərdiyi xidmətlər baxımından Ərdoğan qalib gələcək. Türkiyənin inkişafı fonunda inflyasiyanın aşağı salınması, ictimai- siyasi vəziyyətin yaxşılaşdırılmasında Ərdoğanın xüsusi rolu olub. Bu baxımdan onun qalib gəlmək şansı daha çoxdur. Hesab edirəm ki, Ərdoğan seçkidə rəqiblərinə qalib gələcək”.

Qeyd edək ki, sabah Türkiyədə prezident seçkiləri keçiriləcək. Prezidentlik kürsüsü uğrunda baş nazir, AKP-nin namizədi Rəcəb Tayyib Ərdoğan, müxalifətin vahid namizədi Ekmələddin İhsanoğlu və Səlahəddin Dəmirtaş mübarizə aparacaqlar. İlk mərhələdə qalib müəyyən edilməzsə, avqustun 24-də təkrar seçkilər keçiriləcək.

AzVision.az


Teqlər:  



Xəbər lenti