600-dən çox bal toplayanlara XƏBƏRDARLIQ

600-dən çox bal toplayanlara XƏBƏRDARLIQ
  10 Avqust 2014    Oxunub:3164
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinə yüksək balla qəbul olan gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və rəğbətləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirəcək.

AzVision.az TQDK-nın rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, “Abituriyent” jurnalının ayrıca bir nömrəsi bütünlüklə onlara həsr ediləcək. Odur ki, 600 və daha yüksək bal toplayan gənclər verilən linkdən (https://azvision.az/redirect.php?url=http://www.abiturient.az/ANKET_600_2014.pdf) anket-sorğunu yükləyib doldurmalı və onu 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkillə birlikdə avqustun 31-dək TQDK-ya və ya Komissiyanın Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər. Anket və şəkli “Abituriyent” jurnalının elektron ünvanına da göndərmək olar.

Anket-sorğusu həmçinin “Abituriyent” jurnalının 7-ci sayında da təqdim olunub.



Teqlər:



Xəbər lenti