“Prezidentlər Putinə söz verdilər ki...”

“Prezidentlər Putinə söz verdilər ki...”
  11 Avqust 2014    Oxunub:18612
Türkiyədə prezident seçkilərinin keçirilməsinə baxmayaraq, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşü qardaş ölkə mətbuatının diqqətindən yayınmayb.

Türkiyənn aparıcı media qurumları Soçi görüşü barədə xəbərləri təfərrüatı ilə tirajlayıb.

“Hürriyə” qəzeti “Prezidentlər Putinə söz verdilər: Müharibəyə başlamayacağıq” deyə Soçi görüşünə geniş şərh verib.



Məqalədə bildirilir ki, Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Soçidə keçirilən üçtərəfli görüşdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan ikinci Qarabağ müharibəsinə başlamamaq barədə söz veriblər.

Putin: “Azərbaycan prezidenti İlham Əliyevin mövcud problemlərin sülh yolu ilə həllinə tərəfdar olmasını məmnuniyyətlə qəbul edirəm. Ancaq Ermənistan prezidentinin də bu məsələdə həmfikir olması çox önəmlidir. İki ölkə liderlərinin fikirləri SSRİ-dən miras qalan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mühüm əhəmiyyət kəsb edir”.

Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olduğunu deyən Rusiya prezidenti bu istiqamətdə səylərin davam edəcəyini bildirib:

“Qarabağ probleminin həlli üçün vaxtın çox uzandığının fərqindəyəm.Probleminin həlli üçün ATƏT-in Misnk qrupu səylərini davam etdirir. Təbii ki, Rusiya olaraq həm coğrafi yaxınlığı, həm də Azərbaycan və Ermənistan ilə tarixi əlaqələrə əsaslanaraq münaqişənin həllinə dair səylərimizi davam etdirəcəyik”



Görüşdə prezident İlham Əliyev çıxış edərək Ermənistanın BMT-nin Qarabağla bağlı qətnamələrini yerinə yetirmədiyini diqqətə çatdırıb. Azərbaycan prezidenti ermənilərin Dağlıq Qarabağdan çıxmalı olduqlarını bildirib.

İlham Əliyevin qətiyyətli çıxışından sonra Ermənistan prezidenti vəziyyətdən çıxmaq üçün “BMT-nin Qarabağ məsələsi ilə bağlı 4 qətnaməsi var, Azərbaycan bu qərarlarından hansılara riayət edir deyə” suala sualla cavab verib.

Sarkisyan daha sonra münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğu üçün İlham Əliyevə təşəkkür edib.

“Mən Ermənistan prezidenti olaraq xalqımızın adından İlham Əliyevə təşəkkür etmək istəyirəm. Münaqişənin həlli üçün güc tətbiqini istəmədiklərini söyləməsi hamımız üçün ümidvericidir”.

Anar RÜSTƏMOV


Teqlər:  



Xəbər lenti