Deputatlarımız Türkiyədə nə edir?

Deputatlarımız Türkiyədə nə edir?
  11 Avqust 2014    Oxunub:1638
Azərbaycan -Türkiyə parlamentlərarası dostluq qrupunun həmsədri, Milli Məclisin deputatı Nizami Cəfərov və həmkarı Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə Türkiyədə keçirilən prezident seçkilərini Ankarada müşahidə edirlər.

AzVision.az xəbər verir ki, Mili Məclisin üzvləri səsvermə başlayandan otuzdan yuxarı seçki məntəqəsində olublar.

Nizami Cəfərov AzərTAc-a bildirib ki, onlar müşahidə apardıqları məntəqələrdə qanun pozuntusuna rast gəlinməyib. Səsverməyə aid bütün məsələlər qanunauyğun formada, təlimatlar əsasında aparılır.

Qeyd edək ki, onlar səslərin sayılması prosesini də izləyəcəklər.


Teqlər:



Xəbər lenti