İlham Əliyev Ərdoğanı təbrik etdi

İlham Əliyev Ərdoğanı təbrik etdi
  11 Avqust 2014    Oxunub:1937
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edib, ona Türkiyə xalqının firavanlığı və əmin-amanlığı naminə ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb.

Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

AzVision.az


Teqlər:  



Xəbər lenti