Əbülfəs Qarayev şirkətlərə icazə verdi - Siyahı

Əbülfəs Qarayev şirkətlərə icazə verdi - Siyahı
  11 Avqust 2014    Oxunub:2532
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar” və digər normativ-hüquqi aktlar əsas götürülərək cari ilin iyul ayı ərzində bir sıra şirkətlərə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar verilib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ötən ay turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyalar alan şirkətlər arasında “AL Travel”, “Smart Holiday”, “AİS Tourism”, “Meridian Travel” MMC-lər vardır.


Teqlər:  





Xəbər lenti