Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  11 Avqust 2014    Oxunub:2153
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, avqustun 12-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 23-27, gündüz 32-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz təşkil edəcək.

Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 25-26, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 26-27 dərəcə isti təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Yaxın 2 gün ərzində Abşeron yarımadasında davam edən isti diskomfort temperatur rejiminə baxmayaraq küləkli hava şəraiti müsbət amildir. Eyni zamanda avqustun 13-ü axşamdan 14-ü axşamadək atmosfer təzyiqinin iqlim normasına yaxınlaşması, avqustun 14-də temperaturun ötən günlərlə müqayisədə 3-4 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişlidir.



Teqlər:





Xəbər lenti