Serb nazir İlham Əliyevlə görüşəcək

Serb nazir İlham Əliyevlə görüşəcək
  11 Avqust 2014    Oxunub:1742
Serbiya Respublikasının Müdafiə naziri Bratislav Qaşiç ölkəmizə rəsmi səfərə gələcək.
AzVision.az Serbiya mətbuatına istinadən xəbər verir ki, avqustun 12-dən 13-ə qədər davam edəcək səfərdə nazir Azərbaycanın müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi naziri Yavər Camalovla görüşəcək.

Eyni zamanda, Bratislav Qaşiçin prezident İlham Əliyev və baş nazir Artur Rasizadə ilə də görüşü gözlənilir.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti