700 bal yığıb qızıl medal ala bilməyən TƏLƏBƏLƏR - SİYAHI

700 bal yığıb qızıl medal ala bilməyən TƏLƏBƏLƏR - SİYAHI
  11 Avqust 2014    Oxunub:7079
Bu il Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanında 9 nəfər 700 bal toplayaraq, ali məktəblərə qəbul oldu. Onlar, rekord bal yığaraq respublika birinciləri oldular.

Bu gün təhsil naziri Mikayıl Cabbarov isə “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında” əmr imzalayıb. Nazirlikdən bildiriblər ki, 2013-2014-cü dərs ilinin yekunlarına görə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran 176 nəfər qızıl, 25 nəfər gümüş medalla təltif olunub.

AzVision.az-ın məlumatına görə, 700 bal yığan 9 nəfərdən ancaq 5-i qızıl medal ala bilib.

Onlar - Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Samir Rzayev, 287 nömrəli "Zəkalar" liseyinin şagirdi Qoşqar Qədimbəyli, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Fatimeyi Zəhra Nəbizadə, ABTK-nın Bakı Özəl Türk Liseyinin “Dədə Qorqud” filalının məzunu Məmməd Hacılı və “Zəngi” liseyinin məzunu Könül Qurbanlıdır.

Digər 700 bal toplayanlar - Bakı şəhəri, Kimya-biologiya təmayüllü liseyin məzunu Eltun İbrahimov, 287 saylı “Zəkalar” liseyinin məzunu Quluzadə Nurlan , Ağdam rayonu Çəmənli kənd orta məktəbinin məzunu Məmmədzadə İlkin və Ağsu rayonu, 1 saylı şəhər orta məktəbinin məzunu Qasımov Nicatın adı qızıl və gümüş alan məzunlar siyahısında yoxdur.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti