Səhiyyə Nazirliyi işçi axtarır

Səhiyyə Nazirliyi işçi axtarır
  12 Avqust 2014    Oxunub:1744
Səhiyyə Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib.
Azvision.az nazirliyin saytına istinadən xəbər verir ki, müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər.

Müsahibədə iştirak etmək üçün tələb olunan sənədlərin siyahısı nazirliyin saytında yerləşdirilib (sehiyye.gov.az).

Müsahibədə iştirak etmək üçün ərizələrin qəbulu 11 avqust 2014-cü il tarixdən 25 avqust 2014-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində aparılır. Ərizələr şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 13:00-dək və 14:00 dan 18:00-dək), yaxud poçt vasitəsilə təqdim edilə bilər.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin¬də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsahibədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Müsahibəyə dair ətraflı məlumat almaq üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə müraciət edilə bilər.


Teqlər:





Xəbər lenti