Xalq artistlərindən prezidentə: `Döyüşə hazırıq`

Xalq artistlərindən prezidentə: `Döyüşə hazırıq`
  12 Avqust 2014    Oxunub:9098
Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri və orada düşmənə ünvanladığı sərt mesajlar mədəniyyət xadimləri arasında müsbət qarşılanıb. Ölkənin tanınmış incəsənət nümayəndələrinin fikrincə, Ali Baş Komandanın düşmənin bir addımlığında insanlarla görüşməsi prezidentin hər zaman xalqın yanında olmasından xəbər verir.

“Torpaqlarımızı mütləq azad etməliyik”



Xalq artisti, görkəmli xanəndə Mənsum İbrahimov AzVision.az-a bildirib ki, prezidentin bu addımı alqışa layiqdir:

“Prezident Ağdama gedəndə biz də həmin görüşdə iştirak etdik. Dövlət başçısı və orada yaşayan insanlarla görüşdük. Onların çox yüksək əhval- ruhiyyəsi olduğunu gördüm. Bu gün dövlətimizin qayğısı, müdafiə nazirinin və cənab prezidentin ora gəlməsi , kəskin fikr bildirməsii ki, artıq bizim səbrimiz tükənib , torpaqlarımız azad etməliyik , bu insanların əzmini bir az da artırdı.

Baxmayaraq ki , insanlar Ağdamda atəş altında yaşayır, ancaq onların əhval ruhiyyəsi pozulmur , hər kəs öz işi ilə məşğuldur . Biz orada olanda söylədilər ki, 100-dən artıq gənc polis idarəsinə gəlib ki, bizə də silah verin gedib döyüşəcəyik”.

Xalq artsiti hesab edir ki, ya müharibə, ya da sülh yolu ilə torpaqlarımız düşmən işğalından azad edilməlidir.

“Əlbəttə, bu cür yaşamaq artıq mümkün deyil. Nə müharibədir , nə də sülh. Hər gün atəşkəsi ermənilər pozurlar. Gör bizim neçə- neçə oğullarımız şəhid oldular. Və ona görə də prezidentin dediyi kimi torpaqlarımızı mütləq azad etməliyik.

Böyük sənətkarlarımız ,Nəzakət Teymurova , Arif Babayev , Cabir Abdulayev , Təyyar Bayramov , Aygün Bayarmov da iştirak edirdi. Özümüz də şahid olduq ki, Ağdam rəhbərliyi heç nəyə baxmayaraq yenə də quruculuq işlərini davam etdirir. İnsanlarla birlikdə çiyin- çiyinə idilər.

Hətta orada şəhid anası prezidentlə söhbət edərkən bildirdi ki, iki oğlunu şəhid verib, səkkizini də verməyə hazırdır. Çünki bu torpağı geri almaq üçün şəhid də verməliyik dedi”-deyə M.İbrahimbov qeyd edib.

“Canımızı vətənə qurban verməyə hazırıq”



Xalq artisti Azər Zeynalov ermənilərin azğın hərəkətlərindən sarsıldığını bildirib. O prezident İlham Əliyevə güvəndiyini deyərək ölkə başçısının lazımı addımlar atacağına inandığını vurğulayıb.

“Biz inanırıq ki, yaxın zamanlarda biz də onlara öz qüvvəmizi , öz gücümüzü göstərəciyik. Möhtərəm prezidentimiz də bu sahədə görünür, çox önəmli addımlar atacaq. Biz də onun silahdaşları kimi bu mübarizədə öndə getməyə hazırıq. Nədən də getməyək? Biz nəğmələrimizlə insanları hər zaman vətənpərvərliyə səsləyiriksə, özmüz də öz canımızı vətənin qarşısında qurban verməyə hazırıq”.

“Azərbaycan Soçidən alnıaçıq qayıtdı”



Tanınmış müğənni, Xalq artsti Flora Kərimova isə hesab edir ki, cəbhədə düşmən gülləsinə tuş gələn əsgərlərimizin şəhd olması böyük bir cəsarətin , şücayətin təcəssümüdür.

“Əvəllər Azərbaycan təbii ki, bu qüdrətə malik deyildi, təzə -təzə ayaq üstə dururdu. Sursatımız yox idi. Əzmimiz ola-ola imkan yox idi ki, bu əzmi sərgiləyək. Onda bəzi hallarda susurduq. İndi isə atəşə var gücümüzlə atəşlə cavab verərik. O qüdrətə malikik ki, hər şeyi öz adı, öz sözü ilə çağırırıq. Qorxmadan çağırırıq. Biz pozitivi görməliyik. Çünki pozitivi yaradan insanların qiymətini ,əziyyətini görmədən gəlmək olmaz. Onların da xətrinə dəyirik. Bunu biz etməməliyik. Yaxşını yaxşı deyib çağırmalıyıq. Bu addım düzdür və millətin xeyrinədir deyib çağırmalıyıq. Cavanlarımız şəhid olubsa da, bu böyük bir cəsarətin , şücayətin təcəssümüdür.

Baxmayaraq ki, çox analar ağlar qaldı, onların içində mən də ağlayıram. Çox analar övladlarının gələcəyinin qorxusunu yaşayıb. Həmçinin də mən. Mən anayam, həm bunu millətimə xeyir gətirmək istəyirəm, həm də millətimin dərdinə ağlamaq istəyirəm. Həmdə millətimlə birlikdə qürur yaşamaq istəyirəm . Bax mənim münasibətim bəlkə də çoxlarına təəcüblüdür. Vətənimi bu qüdrətində, bu addımlarında görmək istəyirdim”.

Xalq artisti prezidentlərin Soçi görüşünə də münasibət bildirməyi unutmayıb. Bildirib ki, Azərbaycan Soçidə prezidentərin görüşündə bir ölkə olaraq alnı açıq çıxdı.

“Düşmənə baş əymədik. Nədənsə şantaja yol vermədik. Uca başla masa arxasında oturduq. Ucalıqla da masa arxasından durub sözümüzü dedik. Çoxları deyir ki, haradan bilirsən.

Bunu demək üçün onu görmək və duymaq lazımdır. Bu addımlara indiyə qədər gələn addımlar sübutdur. İndiyə qədər gələn millətimin şücaəti , hökumətin diplomatiyası sübutdur.

Mən hökumətin, prezidentin hər addımından çox razıyam. Daxili siyasətdə çox şeydən bəlkə də narazı qalan bir vaxtdır, mən də narzıyam. Ancaq xarici siyasəti görməmək və ona qiymət verməmək mümkün deyil. Onu dilə gətirmək və pisləmək qəbahətdir. Bu mənim vətəndaş münasibətimdir”.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti