Nazirlik əlilləri Yunanıstana göndərir

Nazirlik əlilləri Yunanıstana göndərir
  12 Avqust 2014    Oxunub:1332
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin xaricdə bərpa müalicəsinin təşkili işlərinin davamı olaraq, daha bir qrup əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yunanıstana bərpa müalicəsinə yola salınıb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlar həmin ölkənin Soloniki şəhərində yerləşən, səmərəli fizioterapevtik müalicə metodları, yüksək xidmət səviyyəsi və peşəkar həkim-reabilitoloq personalı ilə nüfuz qazanmış “Anagennisi” Tibbi-reabilitasiya sanator mərkəzində bərpa müalicə kursu keçəcəklər. Tibbi innovasiyaların geniş tətbiq olunduğu mərkəzdə əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşmaya səbəb olan müalicə prosedurları tətbiq edilir.

Sağlamlıq imkanları məhdud uşaqların da xaricdə bərpa müalicəsi istiqamətində müvafiq işlər görülür. Belə ki, son 6 ayda 85 nəfər bu qəbildən olan uşağın Latviya Respublikasının Yurmala şəhərindəki “Vaivari” Tibbi-reabilitasiya mərkəzində ixtisaslaşmış müalicəsi təşkil edilib. ƏƏSMN aidiyyatı struktur bölmələrindən olan əməkdaşlar əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların adıgedən mərkəzlərdə yerləşmələrinə və bərpa müalicə xidməti ilə təmin olunmalarına nəzarət etmək üçün həmin ölkələrə ezam olunurlar. Onlar həmçinin getdikləri ölkələrin reabilitasiya təcrübələrini də öyrənirlər.


Teqlər:





Xəbər lenti