“Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı”

“Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı”
  12 Avqust 2014    Oxunub:2591
“Avqustun 10-da Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi üçün prezidentlər Əliyev və Sarkisyanın görüşü bizi ruhlandırdı”.
AzVision.az xəbər verir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Soçi görüşünün nəticələrinə dair APA-nın sorğusuna cavabında deyib.

C. Uorlik prezidentlərin dialoqun davam etdirilməsi və münaqişənin sülh yolu ilə həll olunmasına dair öhdəliklərini təsdiqləməsindən xüsusilə məmnun qaldığını söyləyib: “Ümid edirik ki, təmas xəttində vəziyyət sabitləşəcək və tərəflər siyasi iradəyə arxalanaraq münaqişənin həllinin tapılmasında ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləyəcəklər”.


Teqlər:





Xəbər lenti