Cəmil Həsənli niyə susdu?

Cəmil Həsənli niyə susdu?
  12 Avqust 2014    Oxunub:2822
Milli Şura sədri Cəmil Həsənli ötən gün Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü ilə keçirilən toplantıya qatılmaması haqda deyilən iradları cavabsız qoyub.
KXCP sədri Mirmahmud Mirəlioğlunun “Əli Kərimli və Cəmil Həsənli düz etmədilər”deyə narazılığına Milli Şura sədri cavab vermək istəmədiyini deyib.

AzVision.az-a açıqlamasına C.Həsənli “Mən Mirmahmud Mirəlioğlunun bu iradına cavab bildirməyəcəyəm. Bu barədə nəsə demək fikrim yoxdur. Toplantıya niyə qatımadığıma gəlincə isə səbəbini deməyəcəyəm”-deyə bildirib.

Qeyd edək ki, dünən KXCP-də Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü, M. Mirəlioğlunun təşkilatçılığı ilə Azərbaycanda son həbslərlə bağlı keçirilən tədbirə Milli Şuranın sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli dəvət olunsalar da, qatılmayıblar. Cəmil Həsənli və Əli Kərimlinin bu addımı müxalifət düşərgədə narazılıq yaradıb.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti