İlham Əliyev serb naziri qəbul etdi

Ölkələr arasında əlaqələrin müdafiə sahəsində inkişafı məsələsinə toxunan prezident İlham Əliyev bu istiqamətdə də əməkdaşlığın perspektivləri ilə bağlı aparılan müzakirələrin əhəmiyyətini diqqətə çatdırıb.
Serbiyanın müdafiə naziri Bratislav Qaşiç isə Azərbaycan ilə Serbiya arasında ikitərəfli əlaqələrin heç vaxt indiki kimi yüksək səviyyədə olmadığını söyləyib. O, Azərbaycan ilə Serbiya arasında münasibətlərin gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.
Teqlər: