Azərbaycanda taksilərin sayı artacaq

Azərbaycanda taksilərin sayı artacaq
  12 Avqust 2014    Oxunub:1468
Gələn ilin birinci rübünə qədər Azərbaycana "London taksi”ləri və iritutumlu avtobusların gətiriləcəyi planlaşdırılır.
AzVision.az xəbər verir ki, bunu SalamNews-a Nəqliyyat Nazirliyinin İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Namiq Həsənov deyib.

Onun sözlərinə görə, paytaxta daha 500 “London taksi”sinin gətiriləcəyi ilə bağlı artıq müqavilə imzalanıb.

Bundan başqa, yeni avtobusların da gətirilməsi gündəmdədir. Daha konfortlu orta və iri avtobusların gətirilməsi ilə bağlı müxtəlif ölkələrlə danışıqlar aparılır. Bu işlər yəqin ki, dekabr ayında yekunlaşacaq".


Teqlər:





Xəbər lenti