“Jirinovskiyə 300 manat pulum çıxdı” - Partiya sədri

H.Haciyev vurğulayıb ki, Jirinovski ilə çox işləmək lazımdır: “O, təlxəyin, əyyaşın biridir. Jirinovski elə bir adamdır ki, bu gün bir söz deyir, sabah başqa bir söz. Bu baxımdan deyə bilərəm ki, son vaxtlar onu əhilləşdirmişik. Çalışmalıyıq ki, onu əhilləşdirilmiş formada qoruyub saxlayaq ki, Azərbaycanın əleyhinə orada-burada danışmasın. Rusiya höküməti öz fikirlərinin onun vasitəsilə bizə çatdırır. Bir sözlə, Jirinovskinin səsinə kəsmək lazım idi, kəsdik”.
Qeyd edək ki, Rusiya Liberal-Demokratik Partiyasının (RLDP) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski, nəhayət, Azərbaycanın xeyrinə danışıb.
Jirinovski "Rossiya 24" telekanalının canlı yayımında çıxış edərkən Azərbaycanı MDB ölkələri arasında müsbət nümunə kimi göstərib: "Elə Azərbaycanı götürək. Bütün kəndlər abadlaşdırılıb, yeni komplekslər, həmçinin idman kompleksləri tikilir. Bütün ölkə inkişaf edib".
Rus politoloq ölkənin bu cür sürətli inkişafının səbəbini Azərbaycan xalqının düzgün seçimi ilə - İlham Əliyevi prezident seçməklə izah edib.
Mirvari Nəcəf