Müdafiə Nazirliyi Sarkisyanı necə ələ saldı?

Müdafiə Nazirliyi Sarkisyanı necə ələ saldı?
  12 Avqust 2014    Oxunub:10019
Ötən gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan presidenti Serj Sarkisyanın ölkəmizə ünvanladığı hədələrə tutarlı cavab verib. Bu barədə nazirliyin rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, Sarkisyanın fikirləri tamamilə əsassız və reallıqdan uzaqdır.

Məlumatda diqqət çəkən ən maraqlı məqam isə Müdafiə Nazirliyinin sözügedən yazıda Sarkisyanın və Ermənistanın adını hər bir cümlədə kiçik hərflərlə yazmasıdır. Bu məsələ sosial şəbəkələrdə maraqlı diskusiyalara yol açıb. Bir çoxları hesab edirlər ki, nazirlik bilərəkdən Sarkisyanın adını kiçik hərflərlə qeyd edib.

AzVision.az məsələnin dəqiq səbəbini öyrənmək üçün Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə əlaqə saxlayıb. Nazirlik rəsmisi bildirib ki, Ermənistan və Sarkisyanın adı bilərəkdən kiçik hərflərlə yazılıb.

“ Azərbaycan qramatikasına hörmət əlaməti olaraq Ermənistanın adını böyük hərflərlə yazırıq. Dünənki məlumatda biz qəsdən Sarkisyanın və Ermənistanın adını kiçik hərflərlə yazdıq. İndiyəki heç bir yazılarımızda qramatik səhvə yol verməmişik”.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti