Mübariz Qurbanlı dindarlarla görüşdü

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin konfrans zalında keçirilən tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı çıxış edərək müstəqilliyimizin bərpasından sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı prosesinin sürətləndiyini bildirib. O, bu sahədə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edərək hazırda Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizin inkişafı istiqamətində həyata keçirilən işlərdən danışıb.
Bildirilib ki, ölkəmizdə dinlərarası münasibətlər yüksək səviyyədədir və hər kəsin dini etiqad azadlığı var. Çıxışlarda müxtəlif dini konfessiyaların yaşadığı şimal bölgəsində icmalar arasında tolerant münasibətlərin olduğu vurğulanıb. Görüşdə bölgədəki dini durum, dini icmalar, eləcə də məscid və ziyarətgahlarla bağlı geniş məlumat verilib. Bildirilib ki, şimal regionunda 200-dən artıq məscid mövcuddur.
Sonda DQİDK-nın sədri Mübariz Qurbanlı tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Teqlər: