Hakerlərimiz erməni saytlarını dağıtdı - SİYAHI

Hakerlərimiz erməni saytlarını dağıtdı - SİYAHI
  13 Avqust 2014    Oxunub:5203
Azərbaycanın “Anti-armenia Team” haker qrupu qondarma “Dağlıq Qarabağ respublikası”na qarşı kiber hücum həyata keçirib.

AzVision.az xəbər verir ki, hücum nəticəsində qondarma rejimin bir sıra nazirliklərinin rəsmi saytı sıradan çıxarılıb. Sözügedən saytlarda haker qrupu tərəfindən hazırlanmış xüsusi foto yerləşdirilib. Fotoda son günlər cəbhə xəttində şəhid olan əsgərlərimizin adları və Ermənistan prezidenti Serj Sarkisyana ünvanlanmış müraciət yer alıb:

“Ey Sarkisyan!
Bu gün erməni diverstan diz çökür qəhrəmanımın, əsgərimin önündə. Az qalıb, səndə diz çökəcəksən Ali Baş Komandanımın, əsgərimin, zabitimin, Azərbaycan xalqının önündə!”.


Qeyd edək ki, sıradan çıxarılmış saytlarda Azərbaycan Respublikasının Dövlət Himni də səsləndirilib.

Sıradan çıxarılmış saytlar:

https://azvision.az/redirect.php?url=http://moh.nkr.am/ (Qondarma rejimin səhiyyə nazirliyi)
https://azvision.az/redirect.php?url=http://mnp.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)
https://azvision.az/redirect.php?url=http://kashaman.moh.nkr.am/ (Qondarma rejimin ekologiya və təbii sərvətlər nazirliyi)

Mirror görüntüləri:
https://azvision.az/redirect.php?url=http://www.zone-h.org/mirror/id/22777316
https://azvision.az/redirect.php?url=http://www.zone-h.org/mirror/id/22777315
https://azvision.az/redirect.php?url=http://www.zone-h.org/mirror/id/22777317

Xatırladaq ki, eyni qrupun hakerləri tərəfindən bir neçə gün əvvəldə Ermənistan prezidentinin rəsmi saytı (president.am) başda olmaqla bir sıra dövlət saytları dağıdılmışdı.

AzVision.az


Teqlər:





Xəbər lenti