Prezident Ərdoğanın 3 şərti: Nurçular hədəfdə

Prezident Ərdoğanın 3 şərti: Nurçular hədəfdə
  13 Avqust 2014    Oxunub:18387
Türkiyədə avqustun 10-da keçirlən prezident seçkilərində qalib gələn Rəcəb Tayyip Ərdoğan yeni baş nazir qarşısında 3 şərt qoyacaq.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin 3 şərt – “paralel dövlət”lə mübarizə aparmaq, PKK ilə problemi həll etmək və 2015-ci ildə keçiriləcək seçkilərdə Ədalət və İnkişaf Partiyasının güclü şəkildə təmsil etməkdir.

Ərdoğan bildirib ki, yeni baş nazirin əsas işi “paralel dövlət”lə mübarizə aparmaqdır: “Bu mübarizə artıq “Dövlət qərarı” halına gəlib və yeni baş nazir bu məsələdə qərarlı olmalıdır”.

Daha sonra Ərdoğan bildirib ki, 2015-ci ildə keçiriləcək parlament seçkilərində yeni baş nazir Ədalət və İnkişaf Partiyasını yaxşı təmsil etməlidir. Çünki AKP-nin yeni konstitusiyanın qəbulu üçün parlamentdə 330 deputatı olmalıdır.

“Star” qəzetinin məlumatına görə, yeni baş nazir üçün 4 nəfərin adı təklif edilib. Onlar Abdulla Gül, Əhməd Davudoğlu, Bülənt Arınç və Əli Babacandır.

Qeyd edək ki, Türkiyədə yeni müvəqqəti baş nazirin təyin ediləcəyi vaxt açıqlanıb. Türkiyənin yeni müvəqqəti baş naziri hakim partiyanın toplantısı zamanı avqustun 27-də təyin olunacaq.

Məlumatda o da bildirilir ki, müvəqqəti baş nazir vəzifəsində 2015-ci ilin iyun ayında keçiriləcək parlament seçkilərinə qədər olacaq.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti