Sabah yağış yağacaq

Sabah yağış yağacaq
  13 Avqust 2014    Oxunub:1866
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Avqustun 13-dən 14-ə keçən gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var, şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək.

Havanın temperaturu gecə 24-27, gündüz 30-34 dərəcə isti olacaq.

Rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti