Mikayıl Cabbarov xaricə gedən tələbələrlə görüşdü

Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən müsbət rəy verilmiş tələbələrin növbəti qrupu təhsilini Böyük Britaniya, Türkiyə, İsveçrə, Kanada, Macarıstan, ABŞ, İtaliya, İsveçrə və İsveçdə bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. Bu tələbələr arasında Corc Vaşinqton, Corctaun, Upsala, London İqtisadiyyat Məktəbi, Toronto kimi dünyanın aparıcı ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimiz yer alır.
Hazırda 2014-2015-ci tədris ili üçün xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində müsahibələr davam edir.
Sevinc İltifatqızı