Gəncə Gənclər Şəhəri - FOTOLAR

Gəncə Gənclər Şəhəri - FOTOLAR
  13 Avqust 2014    Oxunub:4575
“Gəncə Gənclər Şəhəri” adlı festival Gəncə şəhər İcra Hakimiyyətinin, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, “Gəncə Avropa Gənclər Paytaxtı 2016” İctimai Birliyinin dəstəyi “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşıb.
AzVision.az xəbər verir ki, festivalda Azərbaycan, Belarusiya, Sloveniya,Türkiyə, Gürcüstan, Almaniya, İspaniya, İtalya, Macarıstan, Ukrayna və Norveçdən 70-ə yaxın gənc iştirak edib. Şənliyin əsas məqsədi 2016-cı il üçün Avropa Gənclər Paytaxtı olan Gəncə şəhərində gənclərlərin fəaliyyətlərini genişləndirmək, onların yay aylarında əyləncələrini təşkil etmək, gəncləri bir araya toplamaq, həmçinin, şəhər əhalisini Gəncə 2016 Avropa Gənclər Paytaxtı haqqında məlumatlandırmaqdır.

Festivalda Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov bildirib ki, Gəncənin 2016-ci il üçün Avropa Gənclər Paytaxtı seçilməsi Gəncənin və ümumilikdə Azərbaycanın uğurudur. Şəhərdə gənclərlə bağlı həyata keçirilən layihələr, avropalı gənclərin iştirakı ilə keçirilən tədbirlərə Gəncənin ev sahibliyi etməsi də şəhərin bu ada layiq görülməsinə öz tövhəsini verib.

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov isə vurğulayıb ki, Avropanın 2016-cı il üçün Gənclər Paytaxtını daha geniş təbliğ etmək, Gəncə ilə xarici ölkə gənclərini tanış etmək, ekskursiyalar, gəzintilər təşkil etmək və görüşlər keçirmək Avropanın Gənclər Paytaxtını dünyada tanıtmağa xidmət edən tədbirlərdəndir.

Qalereya




Teqlər:





Xəbər lenti